Qırğızıstanın "Kabar" İnformasiya Agentliyinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bişkekin "Manas" Beynəlxalq Aeroportunda məskunlaşmış Tranzit Daşımaları Mərkəzinin (TDM) Rumıniyaya köçürülməsinə başlanmışdır və 2014-cü ilin iyuluna qədər bu proses başa çatdırılacaq.
Materialda deyilir ki, ABŞ və Qırğızıstan hökumətləri arasında bağlanmış sazişə uyğun olaraq 12 il əvvəl yaradılmış TDM terrorizmlə mübarizə və Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görüb və ABŞ TDM-in fəaliyyətinin dayandırılması ilə əlaqədar Qırğızıstan tərəfinin rəyinə hörmətlə yanaşır.
Orada deyilir ki, ABŞ bundan sonra da Qırğızıstanda iqtisadi islahatların aparılması və demokratiyanın inkişafı sahələrində bu ölkə ilə əməkdaşlıq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB