Ana 2 aylıq körpəsini 9 günlük bayrama dəyişdi DƏHŞƏT

Ana 2 aylıq körpəsini 9 günlük bayrama dəyişdi DƏHŞƏT

Türkiyənin Kocaeli şəhərinin Gölcük qəsəbəsində ibtidai sinif müəllimi işləyən 34 yaşlı ana 2 aylıq oğlunu evdə tək qoyaraq 9 günlük bayram tətilini keçirmək üçün Adanaya gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlamayan qadın tətildən sonra evə qayıdan zaman aclıqdan və susuzluqdan ölən körpəsinin hərəkətsiz bədəni ilə üzləşib. Körpəsini dərhal "Necati Çelik" Dövlət Xəstəxanasına gətirən qadın həkimlərin hadisə barədə polisə məlumat verməsindən sonra həbs olunub.

Qadın polisə ifadəsində körpəsini yedirdikdən sonra evdə tək qoyaraq 9 günlük bayram tətilini Adanada keçirdiyini deyib: "Tətil bitdikdən sonra evimə qayıtdım və oğluma yemək vermək istədim. Lakin alınmadı, çünki o yeməyi yemirdi. Oğlumu xəstəxanaya aparanda isə həkimlər körpəmin öldüyünü dedilər. Daha sonra onlar hadisə barədə polisə xəbər verdilər".

Polisdən faktla bağlı araşdırmanın davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə