2014-cü ildə Suriyada prezident seçkiləri keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, budəfəki seçkilərdə Suriya prezidenti Bəşar Əsəd seçkilərdə yenidən namizəd kimi iştirak etmək niyyətini açıqlayıb.
Belə ki, Livan telekanallarından birinə müsahibə verən Əsəd bildirib ki, seçkilərdə iştirak etmək üçün heç bir mane görmür. O vurğulayıb ki, növbəti prezident seçkilərində iştirak etməsi istisna deyil.
Qeyd edək ki, Suriya prezidenti əvvəlki müsahibələrində ölkədə vəziyyət yaxşılaşacağı təqdirdə vəzifədən gedəcəyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB