Avropa Parlamentinin nümayəndə heyəti İran rəsmiləri ilə görüşəcək

Avropa Parlamentinin nümayəndə heyəti İran rəsmiləri ilə görüşəcək

Avropa Parlamentinin nümayəndələri İrana yollanıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Avstriya Sosial-Demokrat Partiyasının sədri Hans Svoboda Avropa Parlamentinin üç nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edir.

Nümayəndə heyəti 4 gün davam edəcək səfər çərçivəsində İranın bəzi rəsmiləri ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə