İraqda yerli hökumət binası partladılıb

İraqda yerli hökumət binası partladılıb

İraqın Əl-Ənbar bölgəsində baş verən hücumda 6 nəfər ölüb, 10-u isə yaralanıb. SİA-nın "Anadolu" agentliyinə istinadən veridiyi xəbərə görə, hadisə Əl-Ənbar bölgəsinin Ramadi şəhərinin qərbində yerləşən hökumət binasına daxil olan terroristin üzərindəki bombanı partlatması nəticəsində baş verib.

Ölənlərədən birinin yerli hökumət məclisinin üzvü Tariq Həmid olduğu bildirilir. Yerli məclisin sədri İsam Hamis və iki məclis üzvü isə yaralılar arasındadır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hələlik heç bir qruplaşma hadisəni öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə