Hamada partlayış 30 nəfərin həyatına son qoydu

Hamada partlayış 30 nəfərin həyatına son qoydu

Suriyanın Hama şəhərində bombalanmış yük avtomobilinə təşkil edilən silahlı hücumda 30 nəfərin öldüyü bildirilir. SİA-nın Suriyanın "SANA" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mətbəx qaz balonları daşıyan maşının partladılması nəticəsində baş verib. Hadisə nəticəsində 30 nəfər ölüb, 20 maşın, çox sayda ev və iş yerlərinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

"SANA"-ya açıqlamasında suriyalı rəsmi hadisənin silahlı terror qruplaşmalarının törətdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə