Meksikada, Kaliforniya körfəzində 6.8 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təkanların episentri şimal qərbdəki körfəzdə, 10 km dərinlikdə olub.
Məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB