Türk pilotlar ailələrinə qovuşdu

İki ay yarım әvvәl oğurlanan iki Türk pilot hökümәtin diplomatiya sәyi nəticəsindә azaldığa buraxılıb
Türk pilotlar ailələrinə qovuşdu

"Türk Hava Yolları"nın pilotları Murat Akpınar və Murat Ağca oktyabrın 19-da əsirlikdən azad olunaraq Livanın Təhlükəsizlik İdarəsinə gətiriliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, pilotlar Livanın Təhlükəsizlik İdarəsinə təhvil verildikdən sonra xüsusi ayrılmış təyyarə azad olunmuş pilotları İstanbula gətirib.

70 gün əsir saxlanılmış pilotları "Atatürk" hava limanında yaxınları, jurnalistlər və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir qrup rəsmi şəxslər qarşılayıb.

Baş nazir Rәcәb Tayyib Әrdoğanın bir müddәt söhbәt etdiyi pilotlarların ilk sözü "ümidimizi itirmәdik" olub.

Böyük sevinc yaşayan Pilotların ailələri və yaxınları, başda prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu olmaqla azadlıqlarına qovuşmaları uğrunda sәy edәn hər kəsə tәşәkkür vә minnәtdarlıqlarını bildiriblәr.

Qeyd edək ki, türk pilotlar Murat Ağca və Murat Akpınar avqustun 9-da Livanın paytaxtı Beyrutda "İmam Rzanın Ziyarətçiləri" adlanan qruplaşmanın silahlı üzvləri tərəfindən qaçırılmışdı. Türk pilotların azad edilməsi üçün qruplaşma Suriyada müxalifət qüvvələri tərəfindən girov götürülən 9 livanlı zəvvarın azad edilməsi şərtini irəli sürmüşdü. Suriyalı müxalifətçilər livanlı zəvvarları avqustun 19-na keçən gecə azad edərək Türkiyə tərəfinə təhvil verib və sonradan onlar Beyruta göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə