Türkiyədə seçkilər zamanı Azərbaycan dilində də təşviqat aparılacaq
Türkiyədə qəbul edilən demokratikləşmə paketi çərçivəsində siyasətçilər ölkədə keçirilən seçkilər zamanı Azərbaycan dilində də təşviqat apara biləcəklər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan dili ilə yanaşı, ölkə ərazisində ümumilikdə 36 dildə təşviqat aparıla biləcək.
Qeyd edək ki, demokratik dəyişikliklər paketində bundan başqa bir sıra məsələlər də öz əksini tapıb. Belə ki, həmin məsələlərə seçim sisteminin dəyişdirilməsi, baş örtüyünə qoyulan qadağanın aradan qaldırılması, ibtidai məktəblərdə şagird andiçməsinin ləğvi, Türkiyədə milli ayrı-seçkilik və nifrət təbliğatının qadağan edilməsi və digərləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB