İran- İraq müharibəsindən qalan mina partlayaraq 7 uşağı yaralayıb

İran- İraq müharibəsindən qalan mina partlayaraq 7 uşağı yaralayıb

İranın Mərivan şəhəri yaxınlığında İran-İraq müharibəsi dövründən qalan minanın partlaması nəticəsində 7 məktəbli uşaq yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mina azyaşlı tərəfindən istifadəsiz qalan hərbi bazadan tapılıb. Belə ki, uşağın minanı yaşadığı əraziyə aparması faciəyə gətirib çıxarıb. Azyaşlılar mina ilə oynayarkən partlayış baş verib.

Partlayış nəticəsində 4 nəfər oğlan,3 nəfər qız yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə