Ötən gecə Ankarada meşə massivinə gedən yolun inşası zamanı polislə sakinlər arasında qarşıdurma yaranıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polis müqavimət göstərmək istəyən qruplara qarşı bibər qazı tətbiq edib. Bununla yanaşı, yol çəkilişini həyata keçirən işçilər mətbuat nümayəndələrinə fotolar çəkməyə imkan verməyib. Maraqlı məqamlardan biri o olub ki, polisə əhalinin dağıtmaq üçün havadan vertalyot da dəstək verib.
Qeyd edək ki, Ankara Böyükşəhər Bələdiyyəsi polisin dəstəyi ilə ODTÜ meşəsinə gedəcək yolun inşasına başlayıb. Ankara sakinləri isə bələdiyyənin bu istəyinə qarşı çıxırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB