Dəməşqdə xristianlar atəşə tutulub

Dəməşqdə xristianlar atəşə tutulub

Dəməşqdə xristianlar yaşayan bölgə atəşə tutulub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisənin digər təfərrüatları hələlik, məlum deyil.

Qeyd edək ki, üsyançılar Dəməşqin tarixi hissəsini - Bab Tuma adlı kvartalı atəşə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə