İraqda bu il 6 min insan terrorun qurbanı olub

İraqda bu il 6 min insan terrorun qurbanı olub

Ötən gün İraqda törədilən partlayışlarda ölənlərin sayı 60-ı keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayışlar Bağdadın müxtəlif rayonlarında baş verib. Tyz-Hormato şəhərində törədilən partlayışda 3 nəfər ölüb. Mosul şəhərinin şimalında baş verən hadisə nəticəsində 15 nəfər ölüb, 52 nəfər yaralanıb. Bir neçə ev tamamilə uçub. Partlayışların əksəriyyəti terrorçu-kamikadze tərəfindən törədilib.

Qeyd edək ki, İraqda bu ilin əvvəlindən 6 minədək insan hücumların və partlayışların qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə