ABŞ-ın sabiq dövlət katibi və Nyu York senatoru Hillari Klinton Beynəlxalq Diplomatiya Mükafatını almaq üçün gəldiyi Londonda cərimə olunub.
H.Klinton "Mercedes" markalı avtomobilini saxladığı yerə görə ödəniş etmədiyi üçün Vestminster bələdiyyəsinin Nəqliyyat departamenti tərəfindən 80 funt-sterlinq cərimə olunub. H.Klintonun avtomobilin yanında olan mühafizəçiləri departament əməkdaşının cərimə yazmasına mane ola bilməyiblər.
Parklandırma cəriməsi 14 gün ərzində ödənilsə, yarıbayarı azalaraq 40 funt-sterlinqə düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB