BMT TŞ-nın yeni üzvləri seçiləcək

BMT TŞ-nın yeni üzvləri seçiləcək

BMT-nin bugünkü iclasında təşkilatın Təhlükəsizlik Şurasına 5 qeyri-daimi üzv seçmək üçün səsvermə keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Afrika qrupundan Morokko və Toqoda, Asiya-Sakit okean qrupundan Pakistan, Latın Amerikası və Karib Ölkələri qrupundan Quatemala və Şərqi Avropa qrupundan Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaqdan azad edilib. 2014-2015-ci illər üçün Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olacaq ölkələr siyahısına isə namizəd olaraq Afrika qrupundan Çad və Nigeriya, Asiya-Sakit okean qrupundan Səudiyyə Ərəbistanı, Latın Amerikası və Karib Qrupundan Çili və Şərqi Avropa qrupundan isə Litva göstərilib.

Əlifba sırası ilə hesablanacaq cədvələ əsasən Litva Şuraya 1 yanvar 2014-cü ildən tarixindən etibarən, Nigeriya 2014-cü ilin mart ayından başlayaraq, Səudiyyə Ərəbistanı 2014-cü ilin iyun ayından etibarən, Çad 2014-cü ilin dekabr ayından başlayaraq, Çili isə 2015-ci ilin fevral ayından etibarən rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə