Cənubi Koreyada turistlərə kömək üçün xüsusi polis bölməsi yaradılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bölmənin tərkibi ingilis, yapon və Çin dilləri kimi xarici dillərdə danışan 100 gənc əməkdaşdan ibarətdir. Polis əməkdaşının hər birinin forması üzərində onun hansı dildə danışmasını bildirən xüsusi nişan var.
Oktyabrın 16-da təqdim edilən yeni bölmə əməkdaşları özləri ilə silah gəzdirmək və gözlənilməz hadisələr baş verdikdə adi polisləri xəbərdar etməklə bağlı təlimata malik deyillər. Təqdimat mərasimində Cənubi Koreya Turizm Assosiasiyasının prezidenti yeni əməkdaşlar qarşısında təntənəli çıxış edərək bildirib: "Turist polisi ölkənin qonaqlar üçün təhlükəsiz olmaması səbəbindən yaradılmayıb. Siz təhlükəsizlik simvolu olmalısınız. Bu andan etibarən siz həmişə turistlərlə şəkil çəkdirməlisiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB