Büdcə böhranı 24 milyard dollara başa gəlib

Büdcə böhranı 24 milyard dollara başa gəlib

Büdcə böhranı ABŞ-a 24 milyard dollara başa gəlib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Senatı və Nümayəndələr Palatası ölkə tarixində ilk defoltun qarşısını almaq üçün dövlət idarələrinin maliyyələşdirilməsinin müvəqqəti bərpasını nəzərdə tutan güzəştli sənədi təsdiqləyib. 81 nəfər sənədin lehinə, 18 nəfər isə əleyhinə səs verib.

Sənəd respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən və prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, dekabrın 13-nə qədər layihə Nümayəndələr Palatası tərəfindən müzakirə edilərək Konqresə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə