Fransada PKK ilə əlaqəli olmaqda şübhəli bilinən 10 kürd həbs edilib
Fransanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisinin apardığı əməliyyat zamanı 10 kürd həbs olunub.
Onlar Kürd İşçi Partiyasını (PKK) maliyyələşdirməkdə günahlandırılıblar. Həbs olunanların mənzillərində aparılan axtarış zamanı onların PKK ilə əlaqələrini sübuta yetirən sənədlər və ümumilikdə 300 min nağd avro aşkar edilərək götürülüb.
Əməliyyata rəhbərlik edən polis rəsmisi həbs edilən kürdlərin cinayət törətdiklərinə görə Türkiyə tərəfindən axtarışları elan olunduğunu, siyasi qaçqın adı altında Fransada sığınacaq tapdıqlarını, bəzilərinin "Kürdüstan"a yardım kampaniyasına rəhbərlik etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB