Suriyada Qurban bayramı faciəsiz ötüşmədi

Suriyada Qurban bayramı faciəsiz ötüşmədi

Suriyada Qurban bayramı faciəsiz ötüşməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün səhər ölkənin Dəra əyalətinin (cənub) Nuva rayonunda mülki vətəndaşları aparan nəqliyyat vasitəsi minaya düşüb. Hadisə nəticəsində 4-ü uşaq və 6-sı qadın olmaqla ümumilikdə 21 nəfər həlak olub.

Qeyd edək ki, bölgədə b.eş aydır tərəflər arasında şiddətli qarşıdurma yaşanır. Yerli fəallar minanın hökümət qüvvələri tərəfindən yola basdırıldığını və bununla müxalifət silahlılarını hədəfə aldıqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə