Bəşər Əsədə qarşı təşkilat yaradılıb

Bəşər Əsədə qarşı təşkilat yaradılıb

Bəşər Əsəd əleyhdarları "Suriya daxilində Siyasi Partiyalar və Hərəkatlar Koalisiyası" yaradıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koalisiyanın əsas tərkib hissəsini islamçı qüvvələr təşkil edirlər. Bura 17 partiya və hərəkat daxildir. Onların arasında "Fəcrul-İslam", "İslami İnkişaf", "Azadlıq və Ədalət", "Suriyanın Azad Demokratiya Partiyası", "İnqilab Gəncləri Birliyi" və digər siyasi təşkilatlar da var.

Yeni koalisiyanın sözçüsü Yəhya Əvadın sözlərinə görə, təsis edilən yeni təşkilat müxalifətin xaricdəki koalisiyası kimi süni deyil. Xaricdəki milli koalisiyadan fərqli olaraq, onlar daxildə məşəqqətlərə sinə gərir və hökümətə qarşı mübarizə aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə