Məhəmməd Mursi: "Sonuna qədər mübarizə aparacam"

Məhəmməd Mursi: "Sonuna qədər mübarizə aparacam"

Misirin keçmiş lideri Məhəmməd Mursi, inqilabçılarla hər hansı mövzu barədə müzakirə aparmaq niyyətində olmadığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, bu sözləri bayram münasibətilə etdiyi çıxışı zamanı deyib.

Son nəfəsinə qədər mübarizə aparacağını dilə gətirən Mursi gülünc və uydurma məhkəmələrdən qorxamadığını, doğru və qanuni hesab etdiyi yoldan əsla geri çevrilməyəcəyini hər kəsin diqqətinə çatdırıb. Keçmiş lider eyni zamanda şəhid və yaralılara xəyanət etməyəcəyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə