Fransada bir evdə çoxlu sayda silah və partlayıcı maddə aşkarlanıb
Fransada jandarma ölkənin Alp-Maritim departamentinin Baldeblor şəhərində 64 yaşlı sakinin evində axtarış apararkən çoxlu sayda silah və partlayıcı maddə aşkarlayıb.
Özünü yerli atıcılıq klubunun prezidenti kimi təqdim edən və kolleksiyaçı olduğunu bildirən şəxsin evində 2 ton hərbi ləvazimat və 64 kiloqram partlayıcı maddə aşkar edilib. Müxtəlif kalibrli 122 silah, o cümlədən 20 "Kalaşnikov" avtomatı, 50 detonator jandarmlar tərəfindən götürülüb.
Evin sahibi həbs olunub və onun barəsində cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB