Aralıq dənizinin Siciliya kanalında ötən gün qanunsuz olaraq 250 immiqrant daşıyan gəmi batıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliya və Malta Hərbi Dəniz Qüvvələrinin ortaq əməliyyatları nəticəsində 206 nəfər xilas edilib. İtaliya təhlükəsizlik xidməti xilasetmə tədbirləri nəticəsində 33 nəfərin cəsədinin dənizdən çıxarıldığını açıqlayıb. Daha sonra xilas edilənlər vertolyotla Lampedusa adasına daşınıblar.
Qeyd edək ki, afrikalı immiqrantlar Avropaya getmək üçün daha çox Siciliya kanalından istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB