Əfqanıstanda son 24 saatda Talibana qarşı təşkil edilən əməliyyatlarda 21 talibançı öldürülüb, 5-i yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyi əməliyyatların Kunar, Kunduz, Badahşan, Jevzjan, Qəndəhar, Uruzqan, Vardan və Helmand şəhərlərində təşkil edildiyini və 10 talibançının ələ keçirildiyini açıqlayıb.
Taliban isə internet vasitəsilə Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan rəqəmlərin səhv olduğunu iddia edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB