İranda zəlzələ olub

Bu gün səhər saatlarında İranın Hörmüzqan vilayətində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə 4,8 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə 06:52-də (yerli vaxtla saat 06:22-də) yerin 10 km dərinliyində meydana gəlib. Zəlzələ Dərgahandan 30 km, Bəndər Ləftdan 35 km, Bəndər Abbasdan 36 km və Tehrandan 1037 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə