Nobel mükafatçılarının adları açıqlanacaq

Nobel mükafatçılarının adları açıqlanacaq

Nobel fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat mükafatlarının sahiblərinin adı yaxın günlərdə məlum olacaq. SİA-nın məlumatına görə, mükafatçıların adları 8-9-10-11 və 14 oktyabrda açıqlanacaq.

İsveçli kimyaçı, mühəndis və ixtiraçı Alfred Nobelin adına 1895-ci ildən bəri verilən Nobel Mükafatına bütün kateqoriyalarda layiq görülən adların elan ediləcəyi tarixlər bəlli olub. Nobel Ədəbiyyat Mükafatının sahibini müəyyən etməkdə məsul heyətin mükafata layiq görülən şəxsin adının 10 oktyabrda elan ediləcəyi açıqlanıb. Bundan sonra müxtəlif kateqoriyalarda da mükafata layiq görülən bütün adların nə vaxt elan ediləcəyi məlum olub.

Nobel sülh Mükafatının sahibi 11 oktyabrda, Nobel İqtisadiyyat Mükafatının sahibi isə 14 oktyabrda açıqlanacaq. Hər biri 1,2 milyon dollar dəyərində olan Nobel mükafatları 10 dekabrda təşkil edilən mərasimlə sahiblərinə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə