"Suriyada istifadə olunan kimyəvi silahlar məhv ediləcək". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun deyib. Onun sözlərinə görə, bunun üçün BMT və Kimyəvi Silahların qadağan olunması təşkilatından (OPCW) təxminən 100 nəfər mütəxəssis işçi Suriyaya səfərbər olunacaq.
Pan Gi Mun BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilən 2118 saylı Suriya qərarını rəhbər tutaraq, bu ölkədəki kimyəvi silahların hansı yolla məhv ediləcəyi ilə bağlı hesabatı artıq müvafiq quruma təqdim edib.
Kimyəvi silahların məhvi üçün üç mərhələnin lazım olduğunu deyən baş katib bildirib ki, noyabrın 1-də başlayacaq əməliyyat nəticəsində Suriyada təxminən 1 ton ağırlığında kimyəvi silahlar istehsal edən müəssisələr məhv ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB