İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlardan ikisi Mazandaran vilayətində əhalinin gözü qarşısında, biri isə Hörmüzqan vilayətində həbsxanada asılıb. Onlardan ikisi Babol şəhərində "Ana" meydanında ictimaiyyətin gözü qarşısında edam edilib. Digər məhbus isə Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında asılıb. Ancaq bu edam cəzasının icrası ilə bağlı İran KİV-i və məhkəmə orqanları heç bir məlumat verməyib.

Qeyd edək ki, hər üç məhbus qətldə günahlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə