60-dan çox insan qidadan zəhərlənib

60-dan çox insan qidadan zəhərlənib

Fransanın şimalındakı Du departamentində 60-dan çox insan keyfiyyətsiz qidadan zəhərlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlardan 4-nün vəziyyəti ağırdır. Məlumata görə, Bezanson şəhər xəstəxanasına təcili tibbi yardım üçün müraciət edənlərin sayı durmadan artır. Yaxın zamanda zərər çəkənlərin sayının 600-dək artacağı istisna olunmur.

Qeyd edək ki, keyfiyyətsiz qidadan zəhərlənmə böyük idman bayramı sayılan dağ velosipedi yarışında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə