Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "Twitter"in yeni statistikası açıqlanıb. Statistikaya əsasən "Twitter"in aylıq istifadəçilərinin sayı 215 milyon nəfərə çatıb və bunun nəticəsində şirkətin gəlirləri 1 milyard dollara qədər yüksəlib. "Twitter"dən günlük istifadəçilərinin sayı 100 milyon nəfər təşkil edir. Gündəlik yazılan mesajların sayının isə 500 milyona çatdığı qeyd olunub.
2013 –cü ilin 30 iyunundan hesablanan statistik göstəricilərə əsasən üç aylıq dövr ərzində "Twitter"dən mütəmadi istifadəçilərin sayı 218.3 milyon nəfər təşkil edir.
Xatırladaq ki, 2012 –ci ilin iyun ayında hesablanan statistik göstəricilərə əsasən Twitterdən daimi istifadəçilərin sayı 151.4 milyon nəfər təşkil edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB