Qahirədəki Təhrir meydanında etiraz yürüşü keçirmək cəhdinin qarşısı alınıb
Misir polisi və təhlükəsizlik qüvvələri Qahirədə ölkənin yeni hakimiyyət orqanlarına qarşı etiraz yürüşünün qarşısını almağa çalışırlar.
Yerli KİV-lər xəbər verir ki, hazırda polis devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının iştirak etdiyi yürüşü dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, xəbərdarlıq atəşləri açır.
Alınan məlumata görə, nümayişçilər Təhrir meydanına daxil olmağa çalışıb, lakin təhlükəsizlik qüvvələri bu adamları oradan uzaqlaşdırıb. Qahirənin mərkəzi meydanı hələ oktyabrın 3-də polis tərəfindən mühasirəyə alınıb.
Paytaxtın ayrı-ayrı ərazilərində zirehli texnika yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB