Zaruhi Postanjan: “Serj Sarkisyanı milyon dollar və avrodan başqa heç nə maraqlandırmır”
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Zaruhi Postanjan Ermənistan hakimiyyətini ifşa etməkdə davam edir. SİA-nın məlumatına görə, Ermənistanın "İrs" partiyasının üzvü, millət vəkili Zaruhi Postanjan "Azadlıq" radiosuna müsahibə verərkən bildirib ki, əhalinin 80 faizi bilir ki, Ermənistanda seçkilər saxta, ədalətsiz keçirilir.
O qeyd edib ki, ölkədə baş verən oğurluğun, fırıldaqçılığın, cinayətkarlığın başında Serj Sarkisyan dayanır: "Ermənistanda külli sayda insan, yoxsul şəraitdə yaşayır. Mən heç kimdən qorxmuram və mənim üçün mühüm olan mübarizəmi sona qədər davam etdirəcəm. Serj Sarkisyanı milyon dollar və avrodan başqa heç nə maraqlandırmır".
Qeyd edək ki, Zaruhi Postanjyan AŞPA-da S. Sarkisyana sual ünvanlayaraq onu Ermənistan prezidenti kimi qəbul etmədiyini bildirib, onun bu yaxınlarda Avropa ölkələrindən birində kazinoda 70 milyon avro pul uduzduğu faktını açıqlayıb.
Bundan sonra Ermənistanın spikeri Ovik Abramyan bəyan edib ki, Zaruhi Postanjyan Ermənistanın AŞPA-dakı nümayəndəliyindən çıxarılacaq.
Qeyd edək ki, Moldovanın ombudsmanı Aureliya Qriqoriya Zaruhi Postanjyana dəstək olaraq "Afərin! Belə davam edin. Çox çətin olacaq. Lakin bütün insanlar sizi dəstəkləyəcək. Mən sizin taleyinizi diqqətlə müşahidə edəcəm. Biz söylədiyiniz həqiqətlərə görə sizi təqib etmələrinə imkan vermərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB