Rusiya-Ukrayna sərhədində silahlı insident olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəisinin köməkçisi Sergey Astaxov bildirib. Onun sözlərinə görə, insident "Baçevsk" buraxılış məntəqəsində olub.
S. Astaxanovun sözlərinə görə, Moskva vaxtı ilə saat 01:15-də buraxılış məntəqəsinə Moldova dövlət nömrə nişanlı avtobus yaxınlaşıb. Dörd Moldova vətəndaşının olduğu avtobusda sərhədçilər gizlənməyə çalışan kişini aşkar ediblər. Rusiya vətəndaşı pasportunu təqdim etsə də, sonradan sənədin ona məxsus olmadığı aydınlaşıb. Həmin şəxs naməlum partlayıcı qurğunu işə salaraq həlak olub.
Faktla bağlı araşdırma aparılır. Sərhəd müvəqqəti olaraq bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB