Litva Seyminin yeni sədri seçilib

Litva Seyminin yeni sədri seçilib

Oktyabrın 3-də Litva Parlamenti Əmək Partiyasının nümayəndəsi Vidas Qedvilası spiker vəzifəsindən azad edib. Onun öz arzusu ilə istefaya getməsi barədə ərizəsini 76 deputat dəstəkləyib, 7 deputat bunun əleyhinə olub, 35 deputat bitərəf qalıb.

Seymin yeni sədri vəzifəsinə Əmək Partiyasının nümayəndəsi Loreta Qraujinene seçilib.

Gizli səsvermə zamanı parlamentin 77 üzvü onun namizədliyinin lehinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə