Avropada işsizlərin sayı artır

Avropada işsizlərin sayı artır

Avropanın Statistika İdarəsinin verdiyi məlumatına görə, Yunanıstanda işsizlik 27,9 faizə çatıb. Bu göstərici yunan əhalisinin 1,4 milyon nəfərini təşkil edir və Avropa İttifaqı daxilində ən böyük rəqəmdir. Yunanıstanda işsizliyin səviyyəsi kişilər arasında 24,9 faiz, qadınlar arasında 31,9 faiz, 25 yaşına kimi gənclərdə isə 61,5 faiz təşkil edir.

Avropa İttifaqında orta işsizliyin səviyyəsi kişilər arasında 11,9 faiz, qadınlar arasında 12,3 faiz, gənclər arasında isə 23,7 faiz təşkil edir.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə