Zəlzələdə 500-dən çox insan həlak olub

Zəlzələdə 500-dən çox insan həlak olub

Pakistanın Beloçistan əyalətində 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində 500-dən çox insan həlak olub, minlərlə pakistanlı evsiz qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumətin, ordunun və qeyri-hökumət təşkilatlarının zəlzələdən daha çox zərər çəkən ərazilərə yardım qrupları göndərməsinə baxmayaraq, hələ də minlərlə pakistanlı sığınacaq və qida çatışmazlığı ilə qarşı-qarşıyadır.

Əyalətlərə gedən yollar yararsız hala düşdüyündən bəzi bölgələrə qida məhsullarının göndərilməsində çətinliklər yaranıb.

Səlahiyyətlilərin verdiyi son məlumata əsasən, zəlzələnin təsir gücü 180-200 min insanı əhatə edib. Təbii fəlakət zamanı 35 min ev uçub. Bu səbəbdən də hökumət rəsmiləri 35 min çadırın, bir aylıq qida ehtiyacının əyalətlərə göndərilməsi ilə bağlı təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə