Kanadanın Edmonton şəhərində baş verən yanğında tikinti meydançasındakı inşaat materialları yanaraq kül olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı sahibkara dəyən maddi ziyan 17 milyon dollar təşkil edib. Şəhərin cənub-qərbində yerləşən Rutherford qəsəbəsində baş verən yanğın bir neçə kilometr uzaqlıqdan görünüb. Yanğının qarşısını almaq mümkün olmadığından, ətraf evlərdə yaşayan 200 insan evakuasiya edilib. Gecə saatlarında baş verən yanğını söndürmək üçün əraziyə 85 xilasedici cəlb olunub.
İlkin məlumatlara görə, yanğına tikintinin elektrik xətlərində baş verən qısaqapanma səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB