Terror aktı nəticəsində 33 nəfər öldü

Terror aktı nəticəsində 33 nəfər öldü

Pakistanda terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, hadisə şəhərin şimal- qərbində yerləşən Hayber-Pahtunhva əyalətinin mərkəzi Peşəvər şəhərində baş verib. Belə ki, bazarda həyata keçirilən terror aktı 33 nəfərin ölümünə, 80 nəfərin yaralanmasına səbəb olub.

Partlayış nəticəsində 8 mağaza və yaxınlıqda park edilən avtomobillər yanıb və beş-altı qadın uşaqları ilə birlikdə yanaraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə