Əfqanıstanda əməliyyatlar zamanı 205 "Taliban" üzvü öldürülüb

Əfqanıstanda əməliyyatlar zamanı 205 "Taliban" üzvü öldürülüb

Əfqanıstanın bir sıra vilayətlərində son bir həftə ərzində yerli təhlükəsizlik qüvvələri və koalisiya qoşunları tərəfindən keçirilən əməliyyatlar zamanı "Taliban"ın 205 üzvü öldürülüb, 58-si yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi əməliyyatlar nəticəsində "Taliban"ın 110 üzvünün saxlanıldığını açıqlayıb.

Polis əməliyyatlar zamanı müxtəlif silahlar, 68 ədəd mina və 270 kq narkotik maddə ələ keçirib.

"Taliban"ın açıqlamasında isə yola qoyulan minanın partlaması nəticəsində 50 əfqan və əcnəbi əsgərin öldüyü, 47-nin yaralandığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə