Suriyada Əsəd ordusunun ölkənin bir sıra şəhərlərində müxaliflərə qarşı həyata keçirdiyi əməliyyatlarda 10-u uşaq, 3-ü isə qadın olmaqla 65 nəfər həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) tərəfindən verilən məlumata əsasən, rejimin rəhbərlik əleyhdarlarının olduğu bölgələrə raket və təyyarələrlə etdiyi hücumlarda paytaxt Dəməşqdə 26, Derada 14, Həmada 8, Həmasda 7, Kuneytrada 4, Hələbdə 3, İdlibdə 2 və Deyruz Zorda 1 nəfər olmaqla 65 suriyalı ölüb.
Həlak olanların arasında Azad Suriya Ordusunun (OSO) 20 üzvünün də olduğu qeyd edilən məlumatda, əməliyyatlar əsnasında təsadüfi açılan atəş nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB