Pakistanda güclü zəlzələ olub

Pakistanın Bəlucistan və və Sind əyalətlərində güclü zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Amerika Geoloji Araşdırmalar Mərkəzi Sind əyalətinin paytaxtı Karaçidə və Bəlucistan əyalətinin paytaxtı Kettada təkanların gücünün 6,8 olduğunu açıqlayıb. Pakistanlı mütəxəssislər isə zəlzələnin 7,2 bal gücündə baş verdiyini deyiblər.

Zəlzələ nəticəsində ölən və ya yaralananların olması barədə məlumat verilməyib.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində çərşənbə axşamı 7,8 bal gücündə zəlzələ olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə