İran prezidenti nüvə məsələsinin tezliklə həllini istəyir

İran prezidenti nüvə məsələsinin tezliklə həllini istəyir

İran prezidenti bildirib ki, İranın nüvə proqramı üzrə qısa müddət ərzində nəticələr əldə etmək istəyir.

Onun sözlərinə görə, ABŞ - İran münasibətlərində əhval-ruhiyyənin yaxşılaşması münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilər.

"Şərait (ABŞ və İran arasında münasibətlər) ötən ilə nisbətən kifayət qədər fərqlidir", - İran prezidenti BMT Baş Assambleyasında cümə günü mətbuat konfransında bildirib.

"Bizim məqsədimiz hökumətlər və xalqlar arasında addım-addım etimad yaradaraq, problemləri həll etməkdir", - Ruhani deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə