I Ümumdünya Forumu 2016-cı ildə İstanbulda baş tutacaq

I Ümumdünya Forumu 2016-cı ildə İstanbulda baş tutacaq

I Ümumdünya Forumu 2016-cı ildə İstanbulda baş tutacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Pan Gi Mun bəyan edib. O bildirib ki, Foruma ev sahibliyi etmək üçün bir sıra ölkələr iddalı olublar: " Lakin qurum olaraq ilk dəfə keçiriləcək forumun İstanbulda keçirilməsinə qərar verdik. Bu gün bu səxavətli təklifi və ilk "Dünya Humanitar Yardım" sammitinə ev sahibliyi edəcək Türkiyəyə təşəkkür edirəm və sizi də buna səsləyirəm".

Baş katib həmçinin bildirib ki, sözügedən sammit adi bir tədbir olmayacaq. O, burada humanitar yardımların və təcili müdaxilənin necə həyata keçiriləcəyinin və ehtiyac sahiblərini tapmaq üçün atılacaq addımların dəyərləndiriləcəyini açıqlayıb. Pan Gi Mun bütün ölkələrdən bu tədbirdə geniş tərkiblə iştirak etməyi tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə