RF xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri cümə axşamı BMT Baş Assambleyası çərçivəsində daha bir görüş keçirəcəklər. Bu barədə İTAR-TASS-a Rusiya nümayəndə heyətindəki mənbə deyib.
Agentliyin həmsöhbəti bildirib ki, bu günə xarici siyasət idarələri rəhbərlərinin daha bir görüşü nəzərdə tutulub.
Sentyabrın 25-də S.Lavrov və C.Kerri arasında görüşün yekunu üzrə rusiyalı nazir bəyan edib ki, ABŞ tərəfi ilə Suriya problemi üzrə iş yaxın günlərdə davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB