Abdullah Gül Ruhani ilə görüşdü

Abdullah Gül Ruhani ilə görüşdü

Türkiyə prezidenti Abdullah Gül, İranda keçirilən prezident seçkilərindən sonra ilk dəfə olaraq İran prezidenti Həsən Ruhani ilə ABŞ-ın Nyu-York şəhərində görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkə başçısı Abdullah Gül, Ruhani rəhbərliyinin atdığı siyasi addımları və verdiyi açıqlamalarını bəyəndiyini dilə gətirib.

Onun sözlərinə görə, Ruhani rəhbərliyinin belə açıqlamalarının davamlı olması beynəlxalq aləmdə konstruktiv və müsbət qəbul ediləcək: "Bu vəziyyətin həm İrana, həm də İran xalqının maraqlarına xidmət edəcəyinə inanıram".

Görüş zamanı hər iki dövlət başçısı Suriyada yaşanan insanlıq dramının sona çatdırılması üçün yaxın əməkdaşlıq edilməsinin zəruriliyini də xüsusi vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə