Birləşmiş Millətlər Təşkilatının (BMT) 68-ci Baş Məclisi çərçivəsində Nyu-Yorkda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu NATO-nun baş katibi Anders Fogh Rasmussen ilə Türk evində görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı NATO-AB əməkdaşlığı, Kipr problemi və Suriya başda olmaqla Orta Şərqdə cərəyan edən hadisələr geniş şəkildə müzakirə olunub.
Davudoğlu çıxışı zamanı NATO-nun Türkiyənin müdafiəsinə istiqamətli öhdəliklərini və bu çərçivədə atdığı addımları təqdirəlayiq hesab edib: "Türkiyə hər zamankı kimi bundan sonra da Avropa-Atlantika coğrafiyasının təhlükəsizliyinə istiqamətli addımlar atmağa davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB