Dünya Müsəlman Alimlər Birliyi, Keniyanın paytaxtı Nairobidə ticarət mərkəzində təşkil edilən silahlı hücumu qınayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən birliyin başçısı Şeyx Yusuf əl-Karadavi və baş katibi Əli əl-Çernoqoriya hücumla bağlı açıqlama verib: "Bu kimi məsuliyyətsiz davranışları qəti şəkildə qınayırıq. Törədilən hücum problemin həlli demək deyil. Onlar bununla öz tələblərinin yerinə yetirilməsinə nail ola bilməyəcəklər. Can və mala zərər vermək haramdır. İslam bu kimi halları qəbul etmir".
Qeyd edək ki, ticarət mərkəzinə təşkil edilən terror hücumunda və 4 gün davam edən əməliyyatlarda 61-nəfər sıravi vətəndaş, 6-sı təhlükəsizlik işçisi, 5-i isə terrorist olmaqla 72 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB