Musson yağışlarının hökm sürdüyü Taylandda fasiləsiz yağan leysan nəticəsində bir neçə şəhər su altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1 milyondan çox insan təbii fəlakətdən zərər çəkib. Onlardan 9-u həyatını itirib. Səlahiyyətlilər ölkənin bəzi bölgələrində su səviyyəsinin 60 santimetrə qədər yüksəldiyini bildiriblər.
Qeyd edək ki, nəqliyyat iflic vəziyyətə düşdüyündən, əhali kiçik qayıqlardan istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB