İsrailin baş naziri Binyamin Netanyahu rəhbərlik etdiyi nümayəndə heyətinə BMT-nin Baş Assambleyasında İran prezidenti Həsən Ruhaninin çıxışı zamanı salonu tərk etmək təlimatı verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail rəhbərliyi məlumat yayıb. Netanyahu bildirib ki, İsrail BMT-də İranı yalnız bir şərtlə dinləyə bilər: "Əgər İran liderləri "Yəhudu soyqırımı"-nı qəbul etsə, İsrailə qarşı mənfi planlarında geri addım atsa, biz də nümayəndə heyəti olaraq BMT-də onları dinləyərik".
Ruhani BMT-də çıxışında qeyd edib ki, İran İsrailə qarşı yürütdüyü siyasəti dəyişdirmək fikrindədir. Netanyahu isə İran liderinin sözlərinə cavab olaraq bildirib ki, Ruhani özü də Əhmədinejad kimi tarixi gerçək olan "Yəhudi soyqırımı"-nı tanımadı, onun bu siyasətinin dəyişəcəyi isə gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB