Nyu-Yorkda 3 təyyarə saxlanılıb

Nyu-Yorkun hava məkanına yaxınlaşan 3 təyyarənin qarşısı kəsilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi-Hava Qüvvələrinin qırıcıları tərəfindən ələ keçirilən yüngül mühərrikli təyyarələrin pilotları qapalı hava məkanına daxil olmaq cəhdləri ilə bağlı sorğu-sual ediləcək. İlkin məlumata görə, pilotların hərəkətində terror məqsədi olmayıb.

Qeyd edək ki, Nyu-Yorkun hava məkanı BMT Baş Assambleyasının iclası və prezident Barak Obamanın səfəri məqsədilə qapalı elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə